ATƏT-in nümayəndə heyəti Ağdamda - Foto

25 İyun 2019 09:46 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək nümayəndə heyəti Ağdama gəlib.

Report xəbər verir ki, nümayəndə heyəti Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.