Dövlət rəsmiləri Şirməmməd Hüseynovla vida mərasimində - Foto

25 İyun 2019 13:08 (UTC+04:00)

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Dövlət Universitetində təşkil olunan vida mərasiminə dövlət və hökumət rəsmiləri də qatılıb.