Suriya səmasında F-35 qırıcıları

25 İyun 2019 14:05 (UTC+04:00)

F-35 model qırıcı təyyarələri ilk dəfə Suriya və İraq səmalarında görünüb.

Teleqraf.com xəbər verir ki, F-35-lər İngiltərənin Kipdəki Akrotiri hava bazasından səmaya qalxıb.

Yeni model qırıcı təyyarələr İraq və Suriya üzərində 14 dəfə uçuş həyata keçirib.

İŞİD-ə qarşı aparılan tədbirlər çərçivəsində kəşfiyyat məlumatı əldə etmək məqsədilə istifadə olunan F-35-lərin uçuş zamanı hücum həyata keçirmədiyi də məlum olub.