Qubada gecə evdən qaçan azyaşlı polisi ayağa qaldırdı - Foto

26 İyun 2019 11:47 (UTC+04:00)

Qubada itkin düşmüş uşaq tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, iyunun 25-də gecə saat 3 radələrində Quba rayon sakini Ceyhun Cəfərov rayon polis şöbəsinə azyaşlı uşağının itməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq rayon polis şöbəsinə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.