ABŞ taktikanı dəyişir, yeni müdafiə naziri: “İranla savaş…”

26 İyun 2019 11:58 (UTC+04:00)

“İranla müharibə istəmirik, baş verən gərginlik diplomatik yolla həll edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın yeni müdafiə naziri Mark Esper deyib.

Espert qeyd edib ki, ABŞ İranla savaşmağa yox, diplomatik yola üstünlük verir: “Hər kəs İranın diplomatik masa arxasında oturmağa kömək etməlidir. Çünki baş verən gərginlik təkcə İran və ABŞ arasında deyil, bu, böyük bir coğrafiyanı əhatə edən gərginlikdir.

Məqsədimiz rəsmi Tehranla bundan əvvəl imzalanmış müqavilədən daha yaxşı bir anlaşma əldə etməkdir. Buna görə, digər ölkələr də İrana təzyiq etməlidir”.

Yeni Pentaqon başçısı İrana qarşı hərbi koalisiyanın qurulması ehtimalından da danışıb:

“İrana qarşı koalisiyanın qurulmasının tərəfdarıyam, amma bu hərbi yox, fikir birliyini ehtiva edən diplomatik bir koalisiya olmalıdır. İran məsələsində narahat olan bütün ölkələr birgə hərəkət etməlidir”.