Vyanada güclü partlayış - xəsarət alanlar var

27 İyun 2019 01:16 (UTC+04:00)

Vyanada güclü partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Binanın bir hissəsi partlayışın gücündən qismən dağılıb.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr əhatəyə alınıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisəyə qaz sızması səbəb ola bilər.