Bakıda kriminal avtoritetin məhkəməsi başladı

27 İyun 2019 09:36 (UTC+04:00)

Bakıda qanunsuz olaraq odlu silah saxlama və satmaqda təqsirləndirilən Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, uzun müddət axtarışda olan Akif Rüstəmov ötən ilin fevralında Moskvada həbs olunub. O, Rusiyada mütəşəkkil cinayətkar dəstənin lideri kimi tanınır.

Akif Rüstəmova qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Akif Rüstəmov kriminal avtoritet kimi də tanınır.