Hicabını açan pilot məşhur aktrisaya elə sözlər dedi ki...

7 İyul 2019 16:18 (UTC+04:00)

Hicabını açandan sonra tənqidlərə məruz qalan Türkiyənin məşhur ralli sürücüsü və aparıcı Burcu Çətinkaya ilk dəfə aktrisa Nurgül Yeşilçay haqda danışıb.

Teleqraf.com xəbər verir ki, TV100 kanalında Çingiz Səmərcioğlunun "Səhər söhbətləri" verilişində qonaq olan xanım pilot illər əvvəl onun evliliyini tənqid edən Nurgül Yeşilçayın iddialarına cavab verib.

Nurgül Yeşilçayın Çətinkaya haqda 4 il əvvəl dediyini "Sən xüsusi məktəblərdə oxu, qadın rallici ol, hicab tax, Urfada dindarla evlən. Bunu rəhmətlik Maral Okay belə serial edə bilməzdi. Həyat..." fikirləri birmənalı qarşılanmamışdı.

Burcu Çətinkaya həmin mövzuya qayıdaraq aktrisanın sözlərini belə şərh edib: "Pis niyyətlə yazdığını düşünmürəm. İnsanlar məni müdafiə etmək adına Nurgül Yeşilçaya elə şeylər yazdılar ki, mən utandım. Yanlışlığı düzəltməyə çalışarkən başqa bir səhv etmək pis şeydir. Nə qədər sayğısız olduq, müdafiə belə olmamalıdır".