ABŞ dünya çempionu oldu

8 İyul 2019 00:13 (UTC+04:00)

Fransada keçirilən qadınlar arasında dünya çempionatı sona çatıb.

Teleqraf.com xəbər verir ki, mundialın həlledici görüşündə ABŞ və Hollandiya yığmaları üz-üzə gəlib.

Görüş amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meqan Rapino və Rouz Levl ABŞ-ı çempion edən qollara imza atıblar.

Dünya üçüncülüyünü isə İngiltərəni 2:1 hesabı ilə məğlub edən İsveç yığması qazanıb.