PSJ-dən Neymarla bağlı bəyanat - icazə almadan...

9 İyul 2019 08:05 (UTC+04:00)

Neymar şərəfini qoruduğu PSJ-nin düşərgəsinə qayıtmayıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Paris klubunun saytı bəyanat yayıb. Bildirilib ki, braziliyalı hücumçu bu gün PSJ-nin yeni mövsüm öncəsi ilk məşqində iştirak etməli idi. Ancaq o, klubdan icazə almadan vaxtında düşərgəyə qayıtmayıb.

Fransa klubu bu hadisədən heyfsləndiyini və 27 yaşlı oyunçunun etdiyi hərəkət səbəbindən lazımi tədbirləri görəcəyini açıqlayıb.

Qeyd edək ki, Neymarın "Barselona"ya keçəcəyi iddia olunur.