Çempionlar Liqası: "Qarabağ" heç-heçə ilə başladı

10 İyul 2019 21:50 (UTC+04:00)

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.

Teleqraf.com xəbər verir ki, məlumatına görə, təmsilçimiz "Partizani"nin qonağı olub. "Selman Stermasi" stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

19:25

Albaniyada UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Partizani" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

"Partizani": 12 Hoca (kap.) 2 Belica 7 Cinari 10 Asani 17 Telushi 20 Mala 22 Ibrahimi 23 Hakaj 26 Cordeiro 33 Bitri 90 Mensah

"Qarabağ": 13. Vaqner, 4 Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (kap.), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov

Qeyd edək ki, Tiranadakı "Selman Stermazi" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.