Ukrayna hökuməti razılaşmanı ləğv etdi

10 İyul 2019 23:28 (UTC+04:00)

Ukrayna hökuməti MDB ölkələrilə əldə olunmuş razılaşmanı ləğv edib.

Teleqraf.com "Seqodnya.ua"ya istinadla xəbər verir ki, Ukrayna hökuməti birtərəfli qaydada yük daşınmasına dair MDB ölkələriylə razılaşmanı ləğv edib

Sənəd 2004-cü ildə imzalanmışdı və yük daşınmalarına dair prosedurun sadələşdirilməsinə xidmət edib.

Xatırladaq ki, Ukrayna hökuməti daha əvvəl MDB çərçivəsində imzalanmış bir sıra razılaşmaları ləğv edib.