21 illik həbsdən sonra təcavüzə əl atdı - Dəhşətli cinayət

11 İyul 2019 21:53 (UTC+04:00)

Rusiyanın Kurqan vilayətində dəhşətli cinayət hadisəsi törədilib.

Teleqraf.com "nakanune.ru" saytına istinadən xəbər verir ki, 21 il məhbəs həyatı yaşayan kişi azadlığa çıxandan az sonra iki qızı girov götürüb.

Cani qızlardan birini zorlayarkən digəri qaçmağı bacarıb. Qaçan qız dərhal polisə məlumat verib. Hadisə yerinə gələn asayiş keşikçiləri təcavüzkarı həbs ediblər.

Fakt üzrə cinayət işi açılıb.

İmamət İsmayılova