Türkiyə İraqı bombaladı: Terrorçular məhv edildi

11 İyul 2019 23:59 (UTC+04:00)

Türkiyə ordusunun “Pəncə” hərəkatı çərçivəsində İraqın şimalındakı Avaşin-Basyan və Metina bölgələrində həyata keçirdiyi aviaəməliyyatlarda 5 terrorçu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, əməliyyat zamanı PKK-nın silah anbarları və sığınacaqları da məhv edilib.