Ağdamda 17 yaşlı gənc göldə boğuldu

12 İyul 2019 00:26 (UTC+04:00)

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.

Rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Quliyev qəsəbə ərazisindəki göldə çimərkən boğulub.

17 yaşlı gəncin meyitinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.