İşsizlikdən Sığorta Fondunun büdcəsi bəlli oldu

12 İyul 2019 12:52 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda qəbul olunub.

Teleqraf.com xəbər verir ki, qanunla İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılaraq 98 451 400 manata çatdırılır.

Deputatlar layihəni müzakirəsiz qəbul edib.