Avropa İttifaqından Yanukoviç və oğlu haqda...- Şok qərar

12 İyul 2019 16:27 (UTC+04:00)

Avropa İttifaqı Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və bu ölkənin bir sıra sabiq dövlət rəsmisi haqda sanksiya qərarını ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Sabiq prezidentin oğlu Aleksandr Yanukoviç, sabiq baş prokuror Viktor Pşonka, onun oğlu Artyom Pşonka və prezident administrasiyasının sabiq sədri Andrey Klyuev və digər sabiq dövlət rəsmiləri haqda sanksiya qərarı isə 1 il uzadılıb.