Səudiyyəli qadınlara "yaşıl işıq" - Kişilərdən icazə almayacaqlar

12 İyul 2019 23:58 (UTC+04:00)

Səudiyyə Ərəbistanı rəhbərliyi qadınlara kişilərin icazəsi olmadan xaricinə çıxmağa icazə verən qanun layihəsini hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanında bütün qadınlar xaricə səfər etmək üçün "himayədarlarından" icazə almalıdırlar.