ABŞ Konqresindən İranı sevindirən qərar

13 İyul 2019 00:59 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana zərbə endirmək imkanlarını məhdudlaşdırılmasına səs verib.

Teleqraf.com xəbər verir ki, prezident İrana qarşı güc tətbiqi barədə qərar verməzdən əvvəl Konqres üzvlərinin razılığını almalıdır.

Nəşr qanunvericilərin müharibə və sülh məsələlərində itirilmiş təsirinin geri qaytarılmasına artan arzusunu xüsusi olaraq vurğulayıb.