Sensasion plan açıqlandı: İran parçalanacaq – Foto

17 İyul 2019 10:31 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin sosial şəbəkədə İranla bağlı paylaşımı etiraz yaradıb.

Teleqraf.com xəbər verir ki, Aİ rəsmisinin Tvitter hesabında paylaşdığı “Böyük Yaxın Şərq” proyekti xəritəsində İran parçalanmış formada təsvir olunub.

İrandan olan etirazlara cavab verən Mogerinin ofisi bu xəritənin sənət əsəri olduğunu və siyasi mesaj vermədiyini bildirib.

Fotonu təqdim edirik: