Səhiyyə Nazirliyindən Şəkidəki hadisə ilə bağlı yeni - Açıqlama

17 İyul 2019 10:46 (UTC+04:00)

Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

"Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. vəziyyəti isə orta-ağır stabildir", nazirlikdən bildirilib.