“S-400”-lərin təslim edilməsi davam edir: 14-cü rus təyyarəsi Ankarada

17 İyul 2019 15:10 (UTC+04:00)

ABŞ-la gərginliyə səbəb olan “S-400” hava hücumundan müdafiə sistemnlərinin Türkiyəyə təhvil verilməsi prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, artıq Rusiyadan sistemlərin növbəti partiyasını gətirən 13 və 14-cü yük təyyarəsi Ankaraya enib.

Əlavə edək ki, Rusiyadan alınan raketlərin təslim edilməsi prosesi ötən həftə başlayıb.