Biləcəridə yanğın söndürüldü - Yeniləndi

18 İyul 2019 21:13 (UTC+04:00)

Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda baş verən yanğın söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

19:16

Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki,, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

Qeyd edilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.