Şirvanda kütləvi zəhərlənmə - Səbəb?

19 İyul 2019 22:02 (UTC+04:00)

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 10 nəfərdən çox adam xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.