İsmayıllı sakini həyat yoldaşına görə intihar etdi

20 İyul 2019 13:14 (UTC+04:00)

İsmayıllı rayon sakini yoldaşına görə özünü asaraq intihar edib.

Rayonun Aşağıbaş adlanan ərazisində baş verib. Rayon sakini Sədiyar Şükürlü yaşadığı evin həyətində tikilidən asıb.

Hadisə şahidlərinin sözlərinə görə, tez-tez ailədaxili münaqişələr olduğu üçün mərhumun həyat yoldaşı atası evinə gedib.

Yoldaşını gətirmək üçün qayınatasıgilə gedən S.Şükürlü yoldaşının onunla gəlmədiyindən qəzəblənərək evinə qayıtdıqdan sonra intihar edib.

Qeyd edək ki, cütlük 5 il əvvəl ailə qurub, bu evlilikdən 4 yaşlı övladları var.

Faktla bağlı araşdırma aparılır./report/