İraqda 1 Türkiyə hərbçisi şəhid oldu

20 İyul 2019 12:41 (UTC+04:00)

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində bir türk hərbçisi həlak olub.

Həmin əməliyyat zamanı daha 6 türk hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında Xakurk rayonunda xüsusi genişmiqayslı əməliyyatlar başlayıb./trend/