126 milyon avroluq futbolçu zədələndi - Klub şokda

21 İyul 2019 12:48 (UTC+04:00)

"Atletiko"nun ən bahalı transferi Joau Feliks debüt oyununda zədələnib.

Teleqraf.com-un məlumatına görə, o, "Numensiya" (İspaniya) ilə yoxlama görüşünün (3:0) 27-ci dəqiqəsində zədə alıb və 3 dəqiqə sonra məcburi əvəzlənib.

Qeyd edək ki, J.Feliks bu yay 126 milyon avroya "Benfika"dan "Atletiko"ya transfer olunub.