Mafiyalar arasında “razborka” - 5 nəfər öldürüldü

22 İyul 2019 11:18 (UTC+04:00)

Bara hücum zamanı 5 nəfər öldürülüb, 6 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikada baş verib.

Meksikanın cənubundakı Guerrero əyalətinin sahil şəhəri Akapulkoda baş verən qətliamla bağlı prokurorluq məlumat yayıb.

Hadisə zamanı ölən və yaralananlar arasında turist olmayıb.

Prokurorluğun versiyasına görə, hadisə mafiya şəbəkələri arasında qarşıdurma nəticəsində baş verib. Cinayətkar qruplar bir-biri və ya barın sahibi ilə haqq-hesab çürütmək istəyiblər.