Somalidə aeroport yolunda partlayış - 10 ölü

22 İyul 2019 23:44 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Teleqraf.com-un məlumatına görə, partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın aeroporta gedən şose yolda yerləşən nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.

Məlumata görə, hadisə partlayıcı qurğu yerləşdirilmiş avtomobildə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.