ABŞ məşhur bankiri Türkiyəyə verir

24 İyul 2019 01:15 (UTC+04:00)

ABŞ-da həbsdən azad edilən "Xalqbank"ın keçmiş müdir müavini Hakan Atilla Türkiyəyə ekstradisiya edilir.

Nyu-York Federal Məhkəməsi Rza Zərrab işində adı hallanan və 32 ay azadlıqdan məhrum edilmiş türk iş adamı, “Xalq Bank” sədrinin köməkçisi Mehmet Hakan Atillanı iyulun 19-da azadlığa buraxıb.

ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilən Hakan Atilla 2018-ci il mayın 16-da 32 ay azadlıqdan məhrum edilmişdi.

Məhkəmə iş adamının həbsxanada qaldığı 14 aylıq müddətin verilən cəzadan çıxılmasına və 500 dollar cərimə edilməsinə qərar vermişdi.

Məhz Atillanın bundan əvvəl adının hansısa cinayətdə hallanmaması səbəbindən erkən azadlığa buraxıldığı bildirilib.

Qeyd edək ki, Türkiyə hökuməti uzun müddətdir Hakan Atillanın Ankaraya təhvil verilməsini tələb edirdi.