Rusiya başqa ölkələrə də hücum edə bilər - İDDİA

12 Sentyabr 2014 11:11 (UTC+04:00)

"Azərbaycanın sülməramlı əməliyyatlarda böyük rolu var".

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontaine deyib.

Onun sözlərinə görə, terorrçuluqla mübarizə ilə bağlı ABŞ prezidenti Obamanın çıxışı oldu və bundan sonra İraq və Suriyada əməliyyatların başlamasına qərar verildi: "Hesab edirəm ki, region ölkələri buna dəstək verməlidir".

Rusiyanın qonşu ölkələrə qarşı hərbi əməliyyatlar keçirdiyini diqqətə çatdıran R.Fontaine deyib ki, gələcəkdə rəsmi Moskvanın digər ölkələrə qarşı hərbi əməliyyatlar keçirib-keçirməyəcəyi sual doğurur: "Dağlıq Qarabağ məsələsinə gəlincə, ABŞ bu problemin həllinə lazımi köməkliyini göstərir. Ancaq Rusiya bu məsələdə mühüm rol oynayır".

Bəxtiyar