"ABŞ-İran müharibəsi olsa, biz də savaşa qoşulacağıq" - Kərim İləvi

13 Avqust 2019 09:12 (UTC+04:00)

ABŞ-İran müharibəsi olarsa, İraq da savaşa qoşulacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İraq parlamentinin Təhlükəsizlik və müdafiə komissiyasının üzvü Kərim İləvi deyib.

O bu müharibənin məcburi hal alacağına işarə vurub: "İraqda ABŞ hərbi qüvvələri var. Əgər ABŞ İranı bombalayarsa, İran da ölkəmizdəki ABŞ mövqələrinə eyni qaydada cavab verəcək".

Kərim İləvi İraq hökumətinin İran-ABŞ gərginliyini azaltmaq üçün vasitəçi olmağa hazır olduğunu deyib.