Ermənistandakı rus hərbi bazasında yeni silahlar – Gözlənilməz yoxlama

13 Avqust 2019 17:05 (UTC+04:00)

Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Ermənistandakı “102-ci” hərbi bazasında (Gümrü) olub.

Teleqraf.com xəbər verir ki, Rusiya hərbi bazasının komandiri polkovnik Vladimir Elkanov müdafiə nazirinin müavininə Ermənistandakı rus hərbi birləşmələri haqda məlumat verib.

Kartapalov bazaya verilmiş yeni və müasir hərbi texnikalarla tanış olub.