Qarajdan qaçaq spirtli içki və siqaret çıxdı

12 Sentyabr 2014 13:15 (UTC+04:00)

Qaçaqmalçılıq statistikasında spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı da əsas yerlərdən birini tutur.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanda gömrük orqanları bu istiqamətdə də mübarizə tədbirlərini davam etdirir.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış keçirilib.

Proses zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Naibə