İmişlidə yanğın

14 Avqust 2019 01:36 (UTC+04:00)

İmişlidə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, İmişli rayonunda ümumi sahəsi 350 m² olan ikimərtəbəli 5 otaqlı evdə bir ədəd soyuducu yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.