İŞİD-ə qarşı növbəti əməliyyat – Türk vətəndaşları saxlanıldı

14 Avqust 2019 11:42 (UTC+04:00)

Türkiyənin Adana bölgəsində İŞİD-ə qarşı əməliyyatda 2-si tük, 1-i qeyri-türk olmaqla 3 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Adana Təhlükəsizlik İdarəsinin terrorçuluqla mübarizə şöbəsi məlumat əsasında Qurban bayramının birinci günü şübhəliləri evində yaxalayıb.

Şübhəlilər həbs olunub.