PKK tərəfdarından Ali Babacana - Şok dəstək

14 Avqust 2019 16:11 (UTC+04:00)

Türkiyənin Xalqların Demokrat Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş yeni siyasi partiya quran sabiq iqtisadiyyat naziri Ali Babacana dəstək verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-nin kürd lideri məsələ ilə əlaqədar açıqlama yayıb.

Dəmirtaş açıqlamada yeni partiya quruculuğunun hakim Ədalət və İnkişaf Partiyasına (AKP) ağır zərbə olacağını bildirib:

AKP-dən ayrılaraq partiya qurmaq istəyən şəxslərin hansı proqram üzrə hərəkət edəcəyini bilmirik. Onların bu addımının AKP-ni zəiflədib-zəiflədə bilməyəcəyi də məlum deyil.

“Yeni siyasi partiyanın demokratiyanın ünvanı olmayacağını bilirik, amma AKP-MHP blokunun içindən liberal bir sağçı xəttin çıxması faşizmin kökünü kəsmək baxımından önəmlidir”.