Ağstafada ölümlə nəticələnən qəza

15 Avqust 2019 00:13 (UTC+04:00)

Ağstafa rayonunun Aşağı Göycəli kəndində minik avtomobili yük maşınına çırpılıb.

Teleqraf.com xəbər verir ki, nəticədə minik avtomobilinin 1985-ci il təvəllüdlü sürücüsü Zaur Həsənov hadisə yerində keçinib.

Maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Ağstafa rayon sakini Orxan Qurbanov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.