“Qırtlağıma qədər yığılıb...” – Aparıcı fotosunu paylaşdı

16 Avqust 2019 12:26 (UTC+04:00)

Tanınmış teleaparıcı Vüsalə Əlizadə qorxu filminə çəkilir.

Teleqraf.com xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Filmdə vampir obrazına həyat verən Vüsalə film meydanında çəkilmiş fotosunu İnstaqram hesabında paylaşıb:

“Bəzən səbrin tükənər, yaşananlar qırtlağına qədər yığılıb gözünü qaraldar. Ədəbindən, əxlaqından susarsan, amma təkliyə çəkilib çığırmaq, yer-göyü lərzəyə gətirəcək qədər çığırmaq istəyirsən.

Yeni obrazımı böyük sevgi ilə yaşayaraq təqdim etdim, ümid edirəm ki, uğurlu olar”.

Fotonu təqdim edirik: