Sibel Canın qızı şirkət qurdu

16 Avqust 2019 19:54 (UTC+04:00)

Sibel Canın Londonda təhsil alan qızı Melisa Ural iş dünyasına addım atıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qız rəfiqəsi ilə birlikdə şirkət qurub. Bir neçə firma ilə işləyəcək şirkət sosial media sahəsində fəaliyyət göstərəcək.

Melisa eyni zamanda uzun zamandır anasının sosial hesablarını da idarə edir.