Bakıda ər arvadını döyərək xəstəxanalıq etdi

17 Avqust 2019 08:33 (UTC+04:00)

Bakıda 32 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 4, mənzil 15 ünvanında baş verib.

Belə ki, 1987-ci təvəllüdlü Quliyeva Brilliant Səməd qızı həyat yoldaşı tərəfindən döyülüb. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.