Süni saqqal taxıb stadiona getdilər – 6 qızdan ilginc addım

17 Avqust 2019 16:29 (UTC+04:00)

İranda süni saqqaldan istifadə edərək futbol matçını izləmək üçün Tehranın “Azadi” stadionuna gedən 6 qız həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV-də məlumat yayılıb.

Məlumata görə, avqustun 12-də Tehranın “Azadi” stadionuna daxil olan 6 qız hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilərək Qərçək həbsxanasına aparılıb.

Sosial şəbəkələrdə “Azadi qızları” adı ilə məşhurlaşan biri Furuq Əlayi İranda nəşr olunan “İqtisadiyyat dünyası” qəzetinin müxbiri və fotoqrafıdır.

Qeyd edək ki, İranda qadınların idman zallarına və futbol stadionlarına girişi qadağandır.