Moskvada mitinq keçirilir - Foto

17 Avqust 2019 15:03 (UTC+04:00)

Rusiya Komminist Partiyası Moskvanın Saxarov prospektində razılaşdırılmış mitinq keçirir.

Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, paytaxta regionlardan - Kaluqadan, Tuladan, Orlovdan, Yaroslavdan insanlar qatılıb.

Mitinqdə Rusiya Komminist Partiyasının sədri Gennadi Züqanov çıxış edib.

Rəsmi məlumatda aksiyada 4,1 min adamın iştirak etdiyi xəbər verilir. Ötən şənbə keçirilən razılaşdırılmış mitinqə rəsmi mənbələr 20 min, müstəqil mənbələr isə 50-60 min adamın qatıldığını bildirib.

Qeyd edək ki, sentyabrın 8-də Moskva şəhər Dumasına seçkilər keçiriləcək. Seçkilərdə üç siyasi təşkilatın - RFKP, RLDP və “Spravedlivaya Rossiya” partiyalarının namizədləri qeydə alınıb.

Bundan bir müddət əvvəl namizədliyi qeydə alınmamış müstəqil namizədlərin razılaşdırılmamış kütləvi aksiyası keçirilmişdi. Aksiyada çoxsaylı həbslər aparılmışdı.