Norveç şahzadəsi Bodrumda - Fotolar

17 Avqust 2019 20:29 (UTC+04:00)

Norveç kralı Harald ilə şahzadə Sonjanın qızları şahzadə Martha Louise “Oyanış” kitabınin müəllifi Şaman Durek ilə ailə həyatı qurmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, cütlük tətil üçün Türkiyənin Bodrum istirahət bölgəsinə yollanıblar.

Bardakçı kəndində villalardan birinə yerləşən şahzadə bütün günü otağından çıxmayıb. Günü 4500 dollar olan özəl villa kirayə götürən Martha ən çox türk qəhvəsi sifariş edib.