Rusiyada sərnişin avtobusu qəzası - 1 ölü, 32 yaralı

18 Avqust 2019 00:13 (UTC+04:00)

Rusiyanın Perm şəhərində sərnişin avtobusu divara çırpılıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 10-u uşaq olmaqla 32 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 1-i uşaq olmaqla 6-sının vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusdakı nasazlıq olub.