Nyu-Yorkda təyyarə yaşayış binasına çırpıldı

18 Avqust 2019 08:16 (UTC+04:00)

ABŞ-ın Pokipsi şəhərində (Nyu-York ştatı) "Cessna 303" təyyarəsi yaşayış binasına çırpılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya İdarəsindən bildiriblər.

Məlumata əsasən, təyyarədə 3 nəfər olub. Qəza nəticəsində ölənlərin olub-olmadığı barədə məlumat verilmir.

Bildirilir ki, qəza ilə bağlı araşdırma aparılır.