Qazaxıstanda sutka ərzində ikinci zəlzələ oldu

18 Avqust 2019 10:23 (UTC+04:00)

Qazaxıstanın cənub-şərqində Almatı vilayətində yerli vaxtla saat 9:12-də 4,9 maqnituda gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin seysmoloji təcrübə-metodik mərkəzi məlumat yayıb.

Daha əvvəl Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsi həmin regionda, Almatıdan 145 kilometr şimal-şərqdə saat 05:07-də 5,4 bal gücündə zəlzələ olduğu barədə məlumat verib. Jarkent şəhərində yeraltı təkan МSК-64 şkalası üzrə 5 bal gücündə, Taldıkurqan və Satı qəsəbəsində 2-3 bal gücündə hiss edilib.

Zərərçəkənlər və dağıntı barədə məlumat daxil olmayıb.