Səhiyyə Nazirliyi sərxoş ərin yandırdığı ana ilə qızının müalicəsini nəzarətə götürdü

18 Avqust 2019 12:24 (UTC+04:00)

Şəmkirdə Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və anası 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızının müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götüb.

Səhiyyə Nazirliyindən Teleqaf.com-a verilən məlumata görə, yaralılar Bakı şəhər 5 saylı xəstəxananın yanıq şöbəsinə gətiriliblər.

S. Məmmədovanın bədənini 50%, M. Məsimovanın bədənini 70% yanıb.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edilib.

Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər qayınanası yaşayan evi yandırıb. Hadisəni 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb. Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib.