Gəncədə güclü yanğın – 20 nəfər təxliyə olundu

18 Avqust 2019 13:27 (UTC+04:00)

Gəncə şəhərində yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisındə 50 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.