Məmmədyarovun rəqibi bəlli oldu

18 Avqust 2019 18:32 (UTC+04:00)

Avqustun 18-də ABŞ-ın Sent-Luis şəhərində Sinkfild kuboku turnirinin ikinci turunun görüşləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov ikinci turda amerikalı şahmatçı Hikaru Nakamura ilə mübarizə aparacaq.

Turun digər oyunlarında rusiyalı Sergey Karyakin çinli Dinq Liren, amerikalı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşi, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen hindistanlı Vişvanatan Anand, hollandiyalı Aniş Qiri ermənistanlı Levon Aronyan, amerikalı Uesli So fransalı Maksim Vaşe-Laqravla mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən turda Ş.Məmmədyarov S.Karyakinlə xalları yarı bölüb. Birinci turda bir qarşılaşma istisna olmaqla bütün görüşlərdə heç-heçə qeydə alınıb. Yalnız Y. Nepomnyaşi V. Anand qarşılaşması Hindistan şahmatçısının qələbəsi ilə başa çatıb.